image-2000x150px
image-123
image-ads_atlas
image-69-pic_32ratio_900x600-900x600-97315backend

Yaponiya İsrailin hərəkətlərini qiymətləndirməkdən çəkinəcəyini bildirib

image-728x90px

Yaponiyanın xarici işlər naziri Yoko Kamikava Yaponiya hökumətinin Qəzza zolağında İsrail Müdafiə Qüvvələrinin hərəkətlərinin qanuniliyini qiymətləndirməkdən çəkinəcəyini bildirib. 

“İsrail ordusunun hərəkətlərinə gəlincə, biz onların qanuniliyini qiymətləndirməkdən çəkinmək istərdik. Eyni zamanda, [iştirak edən tərəflərin] bütün hərəkətləri beynəlxalq humanitar hüquq çərçivəsində həyata keçirilməlidir”, – deyə nazir bildirib.

Noyabrın 3-də Kamikava israilli həmkarı Eli Koenlə görüşdə Fələstinin radikal HƏMAS hərəkatının hücumunu pisləyib və humanitar fasilənin zəruriliyini bəyan edib.

Bundan əvvəl diplomat bildirib ki, Yaponiya İsraillə Fələstinin HƏMAS hərəkatı arasında münaqişənin tezliklə həllinin tərəfdarıdır, həmçinin humanitar missiyaların həyata keçirilməsi üçün şərait yaradır.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki