image-n1karobka_ads
image-123
image-depositphotos_51408757_l-2015-pic905-895x505-19750backend

Yaponiya Şimali Koreyanın raket texnologiyasında irəliləyiş əldə etdiyini etiraf edib

Yaponiya rəsmiləri Şimali Koreyanın raket texnologiyasında müəyyən irəliləyiş əldə etdiyini bildiriblər.

Bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib: “Peykin buraxılması ilə biz Şimali Koreyanın raket texnologiyasında müəyyən irəliləyiş əldə etdiyinə inanırıq”. Bununla belə, Matsuno Pxenyanın kəşfiyyat peyki Mulligyong-1-in Ağ Ev və Pentaqonun fotoşəkillərini çəkməsi ilə bağlı iddiasını şərh etməyib. Yaponiya hökumətinin baş katibi vurğulayıb ki, Müdafiə Nazirliyi peyk ətrafında bütün vəziyyəti təhlil etməyə davam edir.

Bu arada Hirokazu Matsuno Şimali Koreyanın nüvə raket proqramının Yaponiyanın və bütün beynəlxalq ictimaiyyətin təhlükəsizliyinə təhdid yaratdığına əminliyini ifadə edib. O, Şimali Koreyanın “davam edən təxribatlarını tamamilə qəbuledilməz” adlandırıb.

Mənbə: Haber Global

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki