Yaponiyanın şimal-şərqində yerləşən Aomori prefekturasının sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.
Doğru.az xəbər verir ki, bu barədə Yaponiya Baş Meteorologiya Agentliyinin saytında məlumat dərc olunub. Bildirilib ki, zəlzələnin ocağı 50 kilometr dərinlikdə yerləşib.
Hazırda tələfat və ya dağıntı barədə məlumat yoxdur.
Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyədə Mərmərə dənizində suyun sahildən təxminən 20 metr geri çəkilməsi müşahidə olunmuşdu.
DOĞRU.AZ




























