image-n1karobka_ads
image-123
image-693b9d22ae5ac96adb3e09c8backend

Yaponiyada 6,7 bal gücündə zəlzələdən sonra sunami xəbərdarlığı verildi

image-ad_qayo_720x110px

Yaponiyada Aomori prefekturası yaxınlığında qeydə alınan 6,7 bal gücündə zəlzələdən sonra sunami təhlükəsi ilə bağlı xəbərdarlıq elan edilib.

Doğru.az xəbər verir ki, bu barədə məlumatı “Kyodo” xəbər agentliyi yayıb.

Agentliyin məlumatına görə, “Yaponiyanın şimal və şimal-şərq bölgələrində baş verən güclü zəlzələdən sonra sunami xəbərdarlığı edilib”. Hazırda tələfat və dağıntılar barədə məlumat verilmir.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) bildirib ki, yeraltı təkanların episentri 18 kilometr dərinlikdə yerləşib.

Xatırladaq ki, dekabrın 8-də Aomori prefekturasında baş verən digər güclü zəlzələ nəticəsində təxminən 4000 ev işıqsız qalmış, 30 nəfər xəsarət almışdı.

Bölgədə vəziyyət nəzarətdə saxlanılır və seysmoloji müşahidələr davam etdirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki