image-n1karobka_ads
image-123
image-6947b1ad02e8bd42404743edbackend

Yaponiyanın keçmiş Baş naziri nüvə silahı ilə bağlı xəbərdarlıq edib

image-ad_qayo_720x110px

Yaponiyanın keçmiş Baş naziri Şigeru İşiba Fuji TV-də çıxışı zamanı ölkənin nüvə silahına sahib olmasının ciddi nəticələr doğuracağını bildirib.

Doğru.az xəbər verir ki, RİA Novosti-nin sitat gətirdiyi açıqlamada İşiba qeyd edib ki, Yaponiya nüvə silahı əldə edərsə, Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən və MAQATE-dən çıxmalı olacaq. Bu isə ölkənin enerji təhlükəsizliyinin əsasını təşkil edən nüvə enerjisi siyasətinin çökməsinə səbəb ola bilər.

Onun sözlərinə görə, nüvə silahına sahib olmaq Yaponiyaya faydadan çox risk gətirəcək.

Xatırladaq ki, bundan əvvəl Baş nazirin ofisində çalışan milli təhlükəsizlik rəsmilərindən biri Sanae Takaichi şəxsi söhbətində Yaponiyanın nüvə silahına malik olmalı olduğunu bildirmiş, lakin bunun həyata keçirilməsinin çətinliyini də etiraf etmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki