Financial Times yazır ki, Fransadakı siyasi qeyri-sabitlikdən narahat olan sahibkarlar və varlı ailələr vəsaitlərini İsveçrə və Lüksemburq kimi təhlükəsiz sığınacaqlara köçürməyə başlayıblar. Məqalədə qeyd olunur:
“Sahibkarlar və varlı ailələr Lüksemburq annuitetlərinə rekord məbləğdə sərmayə qoyurlar və digər vəsaitləri İsveçrə kimi güman edilən təhlükəsiz sığınacaqlara köçürürlər.”
Doğru.az xəbər verir ki, nəşr aktiv menecerlərinə, bankirlərə və hüquqşünaslara istinadən bildirir ki, prezident Emmanuel Makron ötən ilin iyununda növbədənkənar parlament seçkiləri təyin etdikdən sonra Fransadan özəl investisiyaların axını kəskin surətdə artıb. Bu tendensiya 2025-ci ildə də davam edib.
Parisdə yerləşən Scala Patrimoine aktivlərinin idarə edilməsi şirkətinin təsisçisi Guillaume Lucchini bildirib ki, şirkətin idarə etdiyi aktivlərin əksəriyyəti artıq Fransada deyil, Lüksemburqda sığorta müqavilələrində saxlanılır. O əlavə edib ki, İsveçrəyə də böyük miqdarda kapital axır.
Bundan əvvəl Rusiya Elmlər Akademiyasının Avropa İnstitutunun aparıcı elmi işçisi, politoloq Sergey Fedorov qeyd etmişdi ki, Fransa öz siyasi sisteminin dağılması riski ilə üzləşə bilər.
DOĞRU.AZ