Kişinyovdakı Avropa nümayəndə heyətinin rəhbəri Janis Majeix bildirib ki, missiya Moldova ərazisində 6 telekanalın yayımının qadağan edilməsi barədə qərarın hansı əsasla qəbul edildiyini anlamaq üçün konteksti təhlil edir.
Bu barədə NewsMaker məlumat yayıb.
“Birincisi, ən əsası, demokratiyanın mühüm elementi medianın sərbəst fəaliyyət göstərməsidir. Eyni zamanda, onların fəaliyyətinə demokratik cəmiyyətdə zəruri olan müəyyən məhdudiyyətlər də qoyula bilər”, – Mazeix bildirib.
O vurğulayıb ki, Aİ-nin Kişinyovdakı missiyası hazırda “qərarın necə qəbul edildiyini və Televiziya və Radio Şurasına hansı rolun verildiyini anlamaq üçün” baş verənlərin kontekstini təhlil edir.
Bundan əvvəl Moldovanın baş naziri Dorin Recean Fövqəladə Hallar Komissiyasının altı telekanalın lisenziyasını dayandırdığını açıqlamışdı.
Mənbə: Sputnik