Almaniyanın xarici işlər naziri Annalena Barbok Avropa İttifaqının (Aİ) genişlənməsini Ukraynadakı hadisələrdən qaynaqlanan “geosiyasi zərurət”lə əlaqələndirib.
“İndi Aİ-də genişlənməli olduğumuz barədə konsensus var. Bu, Ukraynadakı münaqişənin geosiyasi nəticəsidir”, – Burbok bildirib.
O, vurğuladı ki, Avropa İttifaqının genişlənməsi bir tərəfdən “geosiyasi zərurət”, digər tərəfdən isə birləşmə üçün “geosiyasi şans” kimi görünür.
Bundan əvvəl Avropa Şurasının rəhbəri Çarlz Mişel bildirib ki, Aİ 2030-cu ilə qədər genişlənməyə hazır olmalıdır.
Mənbə: A Haber