Braziliyanın “Vitoriya” klubu “Qarabağ”ın futbolçusu Mateus Silvanın transferindən imtina edib.
Doğru.az xəbər verir ki, bu barədə insayder Paulo Analista məlumat yayıb. Analistanın sözlərinə görə, klub artıq braziliyalı müdafiəçinin xidmətində maraqlı deyil və hazırda digər futbolçularla danışıqlar aparır.
DOĞRU.AZ




























