Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin qərbində baş verən zəlzələ ilə bağlı vəziyyəti diqqətlə izlədiklərini açıqlayıb.
Doğru.az xəbər verir ki, prezident sosial şəbəkədə yazıb:
“Müvafiq qurumlarımız, ilk növbədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yerlərdə vəziyyəti hərtərəfli araşdırır və izləyir. Biz də vəziyyəti diqqətlə izləyirik”.
Qeyd edək ki, Türkiyənin qərbində 6,1 bal gücündə zəlzələ baş verib. Bundan əlavə, İstanbul yaxınlığında Qara dəniz akvatoriyasında 3,7 bal gücündə zəlzələ qeydə alınıb.
DOĞRU.AZ




























