Finlandiyanın Azadlıq Alyansı milli-mühafizəkar partiyasının üzvü Armand Mema Ukrayna prezidenti Vladimir Zelenskiyə Rusiya ilə danışıqlara başlamağı tövsiyə edib.
Doğru.az xəbər verir ki, siyasətçi bu fikrini X sosial şəbəkəsində paylaşıb:
“O, sülh danışıqlarına doğru addım atmalıdır. Mən Zelenskinin yerində olsaydım, Rusiyaya uçub danışıqlara başlayardım”, – deyə Mema bildirib.
Onun sözlərinə görə, xüsusilə Avropa İttifaqında siyasi vəziyyətin pisləşməsi fonunda Avropanın Ukraynaya dəstəyi sonsuz ola bilməz.
Armand Mema daha əvvəl də qeyd etmişdi ki, ABŞ prezidenti Donald Trampın “Tomaqavk” raketlərini Ukraynaya ötürməmək qərarı Zelenski üçün yaxşı xəbərdir.
DOĞRU.AZ




























