image-n1karobka_ads
image-123
image-692da9adae5ac936e86fc77dbackend

İngiltərədə 400 min il əvvələ aid yanğının ən qədim izləri tapılıb

image-ad_qayo_720x110px

Antropoloqlar İngiltərənin Suffolk qraflığında Avropa tarixində məlum olan ən qədim yanğın izlərini aşkarlayıblar.

Doğru.az xəbər verir ki, Britaniya Muzeyinin məlumatına görə, bu izlər təxminən 400.000 il əvvəl qitənin ilk sakinləri tərəfindən yandırılmış ocağa aid edilir.

Professor Kris Stinger bildirib ki, həmin dövrdə bölgədə yaşayan insanların erkən Neandertallar olması ehtimalı yüksəkdir. Bu qənaət Kent bölgəsində eyni dövrə aid fosillərin morfoloji oxşarlıqlarına əsaslanır.

Kəşf Barnham kəndi yaxınlığındakı gil karxanasında aparılan qazıntılar zamanı üzə çıxıb. Arxeoloqlar daş alət qırıntıları və ocaq yandırmaq üçün istifadə edilən pirit parçaları aşkar ediblər. Torpaq qatlarının analizi həmin ərazinin 4 və ya daha çox saat ərzində 400–600°C temperaturadək qızdırıldığını göstərib ki, bu da insan tərəfindən nəzarət olunan yanğının mövcudluğunu təsdiqləyir.

Qeyd edək ki, bundan əvvəl Rusiya Elmlər Akademiyası Arxeologiya İnstitutunun ekspedisiyası Orenburq vilayətində eramızdan əvvəl IV əsrə aid qurbanlıq kompleksi aşkar etmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki