İsveçli aktyor və musiqiçi Byorn Andresen dünyasını dəyişib.
Doğru.az xəbər verir ki, bu barədə “Dagens Nyheter” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, aktyorun 70 yaşı olub.
Byorn Andresen İtaliyanın məşhur “Venesiyada Ölüm” filmindəki rolu ilə şöhrət qazanıb. Daha sonra onun həyatı və karyerası “Dünyanın ən gözəl oğlanı” adlı sənədli filmdə əks olunub.
DOĞRU.AZ




























