TASS xəbər verir ki, Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin rəhbəri Sırım Şariphanov hökumətin iclasında bildirib ki, xilasedicilər “ArcelorMittal Temirtau” şirkətinə məxsus Kostenko şaxtasında itkin düşən sonuncu şaxtaçının cəsədini tapıblar.
Onun sözlərinə görə, qurbanların ümumi sayı 46 nəfərdir.
“Bu günə qədər axtarış-xilasetmə əməliyyatları zamanı 45 şaxtaçının cəsədi və ehtimal ki, 46-cı mərhumun qalıqları tapılıb. Ölənlərdən 40 nəfərin şəxsiyyəti müəyyən edilib, 6 nəfərin şəxsiyyəti müəyyən edilməyib, onların şəxsiyyətinin müəyyən edilməsi üçün zəruri ekspertizalar aparılır”, – deyə Şərifxanov bildirib.
Bundan əvvəl Qazaxıstanın Karaqanda vilayətində baş vermiş mədən qəzası nəticəsində ölənlərin sayı 45-ə yüksəlmişdi.
Mənbə: TASS