Northumbria Universitetinin (Britaniya) tədqiqatçıları elmi qrupun tərkibində fotokimyəvi maddələr – fenollar, polisaxaridlər və terpenlər olan çoxkomponentli bitki əlavəsinin idrak qabiliyyətlərini yaxşılaşdırmağa kömək etdiyini müəyyən ediblər. Araşdırmanın nəticələri “Frontiers” jurnalında dərc olunub.
Tədqiqatda koqnitiv geriləmə yaşayan 55-75 yaş arası 128 nəfər iştirak edib. Bunlar informasiyanın qavranılması və emalı bacarıqları, həmçinin məkanda naviqasiya, diqqət və yaddaş bacarıqlarıdır. İxtisaslaşdırılmış testlərdən istifadə etməklə idrak qabiliyyətlərinin pisləşməsi aşkar edilmişdir. İştirakçılar iki qrupa bölünüb. Birinci qrup 90 gün ərzində tərkibində fenollar (aromatik birləşmələr), polisaxaridlər (karbohidratlar) və terpenlər (efir yağları) olan çoxkomponentli bitki mənşəli pəhriz əlavəsi qəbul edib. İkinci qrup plasebo qəbul etdi.
Mənbə: Gazeta.ru