image-ads_qayo_2000x150px
image-123
image-ads_atlas
image-rian_6459072-hr-pic_32ratio_1200x800-1200x800-89821backend

Lvova-Belova ukraynalı uşaqların deportasiyası ilə bağlı ittihamlara münasibət bildirib

image-728x90px

Qərb siyasətçiləri və ictimai xadimləri ukraynalı uşaqların təxliyyə edilməsini deportasiya adlandıraraq Rusiyanı şeytanlaşdırırlar. RİA Novosti xəbər verir ki, bunu Rusiyanın Minskdəki səfiri Boris Qrızlovla görüşündə Uşaq Ombudsmanı Mariya Lvova-Belova deyib.

“Hər şey təhrif olunur: uşaqların evakuasiyası “deportasiyaya”, qəyyumluq “məcburi övladlığa götürülməyə” çevrilir. Bu, Rusiyanın imicini pisləşdirmək məqsədi ilə edilir”, – Lvova-Belova izah edib.

O əlavə edib ki, Rusiya tərəfi dəfələrlə Qərb ölkələrinin nümayəndələrini vəziyyətlə tanış olmaq üçün dəvət edib, lakin onlar həmişə bundan imtina ediblər. O, ukraynalı uşaqların sağlamlığının yaxşılaşdırılmasında göstərdiyi köməyə görə Belarusa minnətdarlığını bildirib.

Mənbə: RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki