image-n1karobka_ads
image-123
image-17625306673240442807_1200x630backend

Medianın İnkişafı Agentliyində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib – FOTO

image-ad_qayo_720x110px

Noyabrın 7-də Medianın İnkişafı Agentliyində 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir təşkil olunub.

Doğru.az xəbər verir ki, tədbirin əvvəlində Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Zəfərin 5-ci ildönümünə həsr edilmiş videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bildirib ki, Zəfər Günü Azərbaycan xalqının yenilməz iradəsinin, milli birliyinin və Müzəffər Ali Baş Komandanın qətiyyətinin rəmzidir. O, həmçinin Prezident İlham Əliyevin yüksək siyasi məharəti sayəsində qazanılan qələbənin media müstəvisində də geniş əks-səda yaratdığını vurğulayıb.

Əhməd İsmayılov qeyd edib ki, Vətən müharibəsi dövründə Prezidentin dünyanın aparıcı media qurumlarına verdiyi müsahibələr həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırıb, yerli media isə hadisələri dəqiq və operativ şəkildə xalqa təqdim edib.

Agentliyin nümayəndələri – Natiq Məmmədli və Rəqsanə Kərimova çıxışlarında 8 Noyabr tarixinin Azərbaycan xalqının birlik və qürur günü kimi yaddaşlara həkk olunduğunu vurğulayıblar. Onlar həmçinin medianın Zəfər salnaməsinin gələcək nəsillərə ötürülməsindəki mühüm rolunu qeyd ediblər.

DOĞRU.AZ

image-1762530667281058241_1200x630 image-17625306674096549376_1200x630 image-17625306771594314504_1200x630 image-17625306774165616665_1200x630 image-17625306774427731038_1200x630 image-17625306775574534232_1200x630 image-176253067723928217_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki