Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün III təsnifat mərhələsində ilk oyununa çıxacaq.
Doğru.az xəbər verir ki, Ağdam təmsilçisi səfərdə Şimali Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşacaq. Oyun Skopye şəhərində yerləşən “Todor Proeski” stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Qarşılaşmanı Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.
Komandalar arasında cavab oyunu isə avqustun 12-də Bakıda – Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
DOĞRU.AZ