image-ads_n1karobka_mobile
image-17566224883454916782_1200x630backend

“Qarabağ” ev oyunlarını Tofiq Bəhramov Stadionunda oynayacaq

“Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində ev oyunlarının yeri müəyyənləşib.

Doğru.az xəbər verir ki, Ağdam təmsilçisi rəqiblərini Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək. UEFA-nın rəsmi saytında Azərbaycan çempionunun ev matçlarının məhz bu arenada keçiriləcəyi göstərilib.

Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumatı AZƏRTAC-a təsdiqləyib. Qeyd olunur ki, “Qarabağ” Liqa mərhələsində ümumilikdə 8 oyuna çıxacaq: 4-ü evdə, 4-ü səfərdə. Ağdam komandası əsas mərhələyə sentyabrın 16-da Portuqaliyada “Benfika”ya qarşı oyunla başlayacaq. İlk ev matçı isə oktyabrın 1-də Bakıda Danimarkanın “Kopenhagen” komandası ilə olacaq.

DOĞRU.AZ

image-17566224883454916782_1200x630


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki