image-n1karobka_ads
image-123
image-ap21014367191223-pic_32ratio_900x600-900x600-7708backend

Rusiya ATƏT-in Nazirlər Şurasında iştirak edəcək

Rusiya Şimali Makedoniyada keçiriləcək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməyə dəvət olunub.

Xarici işlər nazirinin müavini Aleksandr Qruşkonun RİA Novosti-yə verdiyi məlumata görə, Rusiya Federasiyası iclasda iştirak etməyi planlaşdırır.

“Biz dəvət aldıq. Biz nazirlər səviyyəsində getmək niyyətindəyik, bu, nazirlərin görüşüdür”, – diplomat jurnalistlərə bildirib.

Görüşün noyabrın 30-dan dekabrın 1-dək Skopye şəhərində keçirilməsi planlaşdırılır. Burada ATƏT-ə üzv olan 57 ölkənin Xarici İşlər nazirliklərinin rəhbərləri iştirak edəcək. Nazirlərə dəvətləri bu il şuranın sədri olan Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani göndərib.

Mənbə: Lenta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki