TASS Beynəlxalq Kosmik Stansiyadakı xüsusi müxbirini əvəz edib.
Doğru.az xəbər verir ki, 73-cü Ekspedisiyanı əhatə edən kosmonavt Aleksey Zubritski öz vəzifələrini stansiyanın yeni komandiri Sergey Kud-Sverçkova rəsmən təhvil verib.
“Bu xüsusi gündə mən BKS-də müxbirin ən vacib atributlarından biri olduğuna inandığım kameranı Sergey Kud-Sverçkova təhvil verirəm. Ümid edirəm ki, o, indi maraqlı xəbərlər barədə məlumat verəcək”, – Zubritski bildirib.
Sergey Kud-Sverçkov cavabında TASS-ın BKS üzrə bürosunun fəaliyyətini davam etdirəcəyinə əmin olduğunu və xüsusi müxbir kimi maraqlı materiallar təqdim edəcəyini vurğulayıb.
Qeyd edək ki, 2021-ci ilin dekabrında “Roskosmos” ilə razılaşma əsasında stansiyada TASS-ın müxbir ofisi fəaliyyətə başlayıb. Rusiya kosmonavtları növbəli şəkildə xüsusi müxbir kimi xidmət edirlər. Zubritski agentliyin orbitdəki altıncı nümayəndəsi olub.
Bundan əvvəl rus kosmonavtları Sergey Rıjikov və Aleksey Zubritski “Sirius”da Gənc Alimlər Konqresinin iştirakçıları ilə videogörüş zamanı BKS-də ən xoşagəlməz səs barədə danışmışdılar.
DOĞRU.AZ




























