ABŞ rəhbərliyi Qəzza zolağında atəşkəsin qüvvədə olduğunu hesab edir.
Doğru.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Air Force One” təyyarəsində jurnalistlərin sualını cavablandırarkən bildirib.
“Atəşkəs hələ də qüvvədədir,” – deyə Tramp vurğulayıb.
Bundan əvvəl İsrail və HƏMAS Qəzza zolağı üzrə sazişin birinci mərhələsini imzalayıblar.
Qəzzadakı HƏMAS hərəkatının rəhbəri Xəlil əl-Hayya isə bildirib ki, saziş çərçivəsində İsrail anklavdakı bütün fələstinli uşaq və qadınları azad edəcək.
DOĞRU.AZ