image-n1karobka_ads
image-123
image-68feed69ae5ac9402e54b0a9-1backend

YouTube “Böyük Vətən Müharibəsi” ilə bağlı məşhur portuqal dilli kanalı bağlayıb

image-ad_qayo_720x110px

YouTube Böyük Vətən Müharibəsi hadisələri və Sovet İttifaqının faşizm üzərində qələbəsindən bəhs edən ən böyük portuqal dilli kanal olan Guerra Patriótica-nı bloklayıb.

Doğru.az xəbər verir ki, kanalın müəllifi, tarixçi və Rio-de-Janeyro Federal Universitetinin (UFRJ) professoru João Pitilyo TASS agentliyinə açıqlamasında bildirib:

“Böyük Vətən Müharibəsi ilə bağlı ən böyük portuqal dilli kanal heç bir əsas olmadan bağlanıb.”

Onun sözlərinə görə, YouTube kanalın guya cinayət təşkilatlarını dəstəklədiyini əsas gətirib. Pitilyo qeyd edib ki, bu qərarla razı deyil və hüquqi tədbirlər görərək kanalın fəaliyyətinin bərpasına nail olmağa çalışacaq.

Bloklanmadan əvvəl Guerra Patriótica kanalının abunəçilərinin sayı 32 minə çatmışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki