image-n1karobka_ads
image-123
image-6903b23aae5ac92e7139ebe6backend

Zaxarova: “Yaponiya anti-Rusiya siyasətindən əl çəkməsə, dialoq mümkün deyil”

image-ad_qayo_720x110px

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Yaponiya ilə dialoq yalnız Tokio Rusiyaya və onun vətəndaşlarına qarşı yönəlmiş anti-Rusiya siyasətindən imtina etdikdən sonra mümkün olacaq.

Doğru.az xəbər verir ki, Zaxarova bu fikirləri RİA Novosti-yə açıqlamasında səsləndirib:
“Yaponiya ilə dialoqun bərpasına yol yalnız Tokio ölkəmizə və onun vətəndaşlarına zərər vurmağa yönəlmiş anti-Rusiya kursundan fəal şəkildə əl çəkdikdən sonra açılacaq… Onlar bundan imtina etməlidirlər.”

Diplomat əlavə edib ki, iki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb Rusiya deyil, məhz Yaponiyanın seçdiyi siyasi xətdir.

Qeyd edək ki, daha əvvəl Rusiya və Yaponiyanın birbaşa hava əlaqəsinin bərpası məsələsini müzakirə etdiyi bildirilmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki