Ukraynanın rəhbəri Vladimir Zelenski Maastrixt müqaviləsinin imzalanmasının və Avropa İttifaqının (Aİ) yaradılmasının 30-cu ildönümü münasibətilə deyib ki, siyasi birlik bütün qitəni əhatə etməlidir. Bu barədə o, X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində yazıb.
Onun sözlərinə görə, Avropa İttifaqı bir çox nəsillərin sülhsevər və vahid Avropaya olan ümidlərini doğruldub.
“Avropanın heç bir boz ərazilər olmadan bütün qitəni əhatə etməsi üçün Aİ lazımdır. Bizim siyasi nəsil bunu təmin etməyə qadirdir və əminəm ki, biz belə bir xüsusi anı qaçırmayacağıq”, – deyə Zelenski yazıb.
Mənbə: RİA Novosti