Kolorado və ABŞ-ın şimal-qərbini əhatə edən güclü qar fırtınası hava nəqliyyatında ciddi çaxnaşma yaradıb.
Doğru.az xəbər verir ki, FlightAware platformasının məlumatına görə, ölkə üzrə 9 120 reys gecikib, 701 uçuş isə tam ləğv edilib.
Şiddətli hava şəraiti bir çox hava limanlarında işin iflic olmasına, sərnişinlərin saatlarla gözləməsinə səbəb olub.
Qeyd edək ki, bir gün əvvəl İndiana ştatında güclü qar yağışından sonra 45-ə yaxın avtomobilin iştirakı ilə böyük yol qəzası qeydə alınmışdı.
DOĞRU.AZ




























