image-2000x150px
image-123
image-ads_atlas
image-open-skies-treaty-usa-withdrawal-pic_32ratio_900x600-900x600-50027backend

ABŞ-ın Suriyaya endirdiyi zərbələr nəticəsində azı 6 nəfər ölüb

image-728x90px

Fox News-un Pentaqondakı mənbədən əldə etdiyi məlumata görə, ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriyadakı obyektlərinə endirdiyi zərbələr nəticəsində azı 6 nəfər həlak olub.

Bundan əvvəl Pentaqon rəhbəri Lloyd Ostin ABŞ əsgərlərinin Yaxın Şərqdə ABŞ hərbçilərinin atəşə tutulmasına cavab olaraq Suriyanın şərqində İran SEPAH və İranyönlü qrupların iki hədəfinə hücum etdiyini təsdiqləyib.

Fox News xəbər verir ki, ABŞ-ın yüksək səviyyəli müdafiə mənbəsi ABŞ-ın İslam İnqilabı Keşikçiləri Korpusunun Yaxın Şərqdəki bazalarına hücumları nəticəsində azı altı iranlı döyüşçünün həlak olduğunu təsdiqləyib.

Birləşmiş Ştatlar İran və onun müttəfiqlərini İraq və Suriyadakı Amerika qoşunlarını və hərbi bazalarını atəşə tutmaqda ittiham edir. Bu, ABŞ üçüncü dəfədir ki, cavab zərbələri endirir.

Mənbə: CNN Türk

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki