ABŞ prezidenti postuna namizədliyini irəli sürən iş adamı Vivek Ramasvami deyib ki, Ukrayna demokratik dövlət deyil və bu barədə heç kim yanılmamalıdır.
O, bunu üçüncü debatda deyib.
“Ukrayna demokratiyanın müdafiəçisi deyil. Bu, 11 müxalifət partiyasının fəaliyyətinə qadağa qoyan ölkədir. O, bütün medianı bir qeyri-demokratik şəbəkədə birləşdirdi”, – Ramasvami bildirib.
Onun sözlərinə görə, Ukraynada gələn il seçki keçirməyəcəkləri ilə hədələyiblər və “Vladimir Zelenski adlı yük şalvarlı komediyaçı nasisti izzətləndiriblər”.
Mənbə: CNN Türk