Argentinanın potensial xarici işlər naziri Diana Mondino bildirib ki, Buenos Ayres Braziliya və Pekindəki dövlət idarələri ilə əlaqəni dayandıracaq. Onun sözlərini RİA Novosti sitat gətirir.
Mondino ölkədə keçirilən prezident seçkilərində ifrat sağçı siyasətçi Xavyer Maylinin qələbəsindən sonra ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri postuna mümkün namizəd hesab edilir. Onun bəyanatı rusiyalı jurnalistlərin Argentinanın hazırkı əsas ticarət tərəfdaşları – Braziliya və Çinlə ticarəti təşviq edib-etməyəcəyi ilə bağlı sualına cavab verib.
Seçkilərin ikinci turunun nəticələrinə görə, Argentinanın BRİKS-ə daxil olmasının əleyhdarı və ölkədə radikal liberal islahatların tərəfdarı olan Xavyer Mayli 55,95% səs toplayıb ki, bu da seçkilərdə qalib gəlmək üçün kifayətdir.
Mənbə: RİA Novosti