Avtomobil eksperti avtomobillərdə yaranan benzin iyinin səbəblərini açıqlayıb.
Doğru.az xəbər verir ki, ekspertin sözlərinə görə, benzin iyinin yaranmasının əsas səbəbləri arasında yanacaq sızması, yanacaq sistemində nasazlıq, hava filtrlərinin çirklənməsi və mühərrikdə yaranan texniki problemlər göstərilə bilər.
O bildirib ki, belə vəziyyət sürücülər üçün təhlükəli ola bilər, çünki benzin iyinin mövcudluğu yanacaq sızmasının və ya yanacaq buxarlarının toplanmasının göstəricisidir ki, bu da yanğın riskini artırır.
Ekspert avtomobil sahiblərinə tövsiyə edib ki, benzin iyini hiss etdikdə dərhal avtomobili yoxladıb, sızma və nasazlıqları aradan qaldırsınlar. Bundan əlavə, yanacaq sisteminin, filtrlərin və mühərrikin mütəmadi texniki baxışdan keçirilməsi tövsiyə olunur.
İlqam Cəbiyev
DOĞRU.AZ




























