image-n1karobka_ads
image-123
image-17621780332316345501_1200x630backend

Azərbaycan nümayəndə heyəti Rumıniya Senatında görüşlər keçirib – FOTO

image-ad_qayo_720x110px

Rumıniyada səfərdə olan Azərbaycan nümayəndə heyətinin üzvləri bu ölkənin Senatında olublar.

Doğru.az xəbər verir ki, senatorlarla keçirilən görüşdə Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Azərbaycan mediasının nümayəndələri və Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov iştirak ediblər.

Görüş zamanı iki ölkə arasında parlamentlərarası əməkdaşlığın və institusional dialoqun gücləndirilməsi, media və hüquq sahələrində təcrübə mübadiləsi, eləcə də informasiya təhlükəsizliyi və dezinformasiyaya qarşı mübarizə məsələləri müzakirə olunub.

Audiovizual Şuranın sədri İsmət Səttarov çıxışında Azərbaycanın media siyasəti, tənzimləmə təcrübəsi və son illərdə həyata keçirilən islahatlar barədə danışıb. O bildirib ki, media mühitinin şəffaflığının artırılması, rəqəmsal yayımın inkişafı və ictimai yayımın müstəqilliyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb.

Rumıniya tərəfi isə ölkədə media və hüquq sahələrində həyata keçirilən islahatlar, eləcə də Avropa İttifaqı standartlarına uyğun qanunvericilik təcrübəsi barədə məlumat verib. Senatorlar audiovizual tənzimləmə, mətbuat azadlığı və dezinformasiyanın qarşısının alınması istiqamətində görülən işlərdən danışıblar.

Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq istiqamətindəki fəaliyyətindən söz açan Vüqar Əliyev Rumıniya ilə bu sahədə əlaqələrin regional media əməkdaşlığına və qarşılıqlı etimada töhfə verəcəyini qeyd edib.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov isə medianın inkişafı və dezinformasiyaya qarşı mübarizə sahəsində aparılan qanunvericilik islahatlarından danışaraq, bu istiqamətdə ortaq təlim proqramları və layihələrin həyata keçirilə biləcəyini vurğulayıb.

Səfir Qüdsi Osmanov çıxışında iki ölkə arasında strateji tərəfdaşlığın enerji və nəqliyyat sahələrindən kənar olaraq, informasiya və kommunikasiya müstəvisində də dərinləşdiyini bildirib.

Senator Kristian-Avqustin Nikulesku-Tağârlaş Rumıniya Senatının sədri Mirça Abrudeanın Azərbaycana səfərinə və onun Prezident İlham Əliyevlə görüşünə toxunaraq, bunu strateji əməkdaşlığın yüksək səviyyəsinin göstəricisi kimi qiymətləndirib.

Görüşdə, həmçinin Cənubi Qafqazda sülh təşəbbüsləri, enerji və media diplomatiyası, informasiya məsuliyyətinin artırılması və təbliğata qarşı mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Sonda senator Nikulesku-Tağârlaş vurğulayıb ki, Azərbaycanla Rumıniyanın hüquq və media sahəsində əməkdaşlığı Avropa İttifaqı ilə Cənubi Qafqaz arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verəcək.

Azərbaycan nümayəndə heyəti həmçinin Rumıniya Senatının plenar iclasında iştirak edərək qanunverici orqanın fəaliyyəti və qərar qəbuletmə mexanizmləri ilə tanış olub.

DOĞRU.AZ

image-17621780333055226592_1200x630 image-1762178033507514133_1200x630 image-1762178033335853825_1200x630 image-17621788125945620831_1200x630 image-17621788123048512572_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki