image-n1karobka_ads
image-123
image-692d9d5b02e8bd0ddf383eb0backend

Belarus Litvaya dronla bağlı etiraz edib

image-ad_qayo_720x110px

Belarus Xarici İşlər Nazirliyi noyabrın 30-da Baltikyanı ölkələrə məxsus pilotsuz təyyarənin Belarus hava məkanını pozaraq Qrodnoda qəzaya uğraması ilə bağlı Litvaya etirazını bildirib.

Doğru.az xəbər verir ki, dekabrın 1-də Litvanın müvəqqəti işlər vəkili Erikas Vilkanetsas nazirliyə çağırılıb və rəsmi etiraz təqdim olunub.

Minsk tərəfi təyyarənin Litvanın Lazdiya rayonundan sərhədi qanunsuz keçdiyini iddia edir. Nazirliyin məlumatına görə, qalıqların təhlili, o cümlədən videoyazılar və fleş disklərdən alınan naviqasiya məlumatları göstərib ki, Qərbi Avropa istehsalı olan dron Belarus üzərində uçduqdan sonra marşrutunu dəyişərək Polşaya qayıdıb.

Departament hadisəni iki dövlətə qarşı “qəsdən törədilmiş təxribat” kimi qiymətləndirib.

Belarus-Litva sərhədində son zamanlar baş verən gərginliklər, həmçinin Litvanın Avropa Komissiyasından sərhəddə qalmış yük maşınlarını Belarusdan geri qaytarmaq və qaçaqmal siqaret daşıyan hava şarlarının buraxılmasının qarşısını almaq üçün yardım xahişi ilə əlaqələndirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki