Belarus Xüsusi Əməliyyat Qüvvələri Komandanlığının beynəlxalq hərbi əməkdaşlıq və sülhməramlı fəaliyyət şöbəsinin rəisi Aleksey Skobey bildirib ki, Belarus sülhməramlıları Ukraynaya yerləşdirilməyə hazırdır.
Doğru.az xəbər verir ki, Skobey STV televiziyasına müsahibəsində qeyd edib: “Bu, tərəflərin öz aralarında necə qərar verəcəyindən asılı olacaq. Biz hər iki tərəfin xahişi ilə yardım göstərməyə hazırıq. Əgər onlar bunun BMT-nin himayəsində olmasını istəyirlərsə, həmin təşkilatla əlaqə saxlamalı olacaqlar. Bundan sonra dövlət başçısı yerləşdirmə ilə bağlı qərar verəcək.”
Xatırladaq ki, bundan əvvəl Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov Rusiyanın Ukraynada Avropa sülhməramlılarına qarşı olduğunu vurğulamış, Lukaşenko isə Qərb sülhməramlılarının Ukraynaya göndərilməsinə Rusiya razı olmayacağını bildirmişdi.
DOĞRU.AZ




























