Belarusun xarici işlər naziri Maksim Rıjenkov bildirib ki, Ukraynadakı münaqişənin həlli birbaşa Kiyev rəhbərliyinin qərarlarından asılıdır.
Doğru.az xəbər verir ki, Rıjenkov bu fikirləri Birinci İnformasiya telekanalına müsahibəsində səsləndirib: “Hər şey əsasən Ukraynanın yüksək rəhbərliyinin əlindədir”, – deyə nazir qeyd edib.
O, Ukrayna xalqının sülh istədiyini vurğulayaraq əlavə edib ki, Vaşinqton “Ukraynanın militarist istəklərinə dəstək vermədiyini” qəti şəkildə bəyan etməyə davam edərsə, Brüssel və Kiyev bu amili nəzərə almağa məcbur olacaq.
Rıjenkov daha əvvəl də bəyan etmişdi ki, Minsk Ukrayna münaqişəsinin səbəblərinin tam aradan qaldırılmasının vacibliyi ilə bağlı Moskvanın mövqeyini bölüşür.
DOĞRU.AZ




























