Rusiya Aerokosmik Qüvvələrinin (VKS) Tu-160 strateji raketdaşıyıcılarının və Tu-22M3 uzaqmənzilli bombardmançılarının Norveç dənizi üzərindən uçuşu Ukraynadakı münaqişə ilə əlaqədar Böyük Britaniya və Qərb üçün xəbərdarlıq olub.
Bu barədə Britaniyanın “Express” qəzeti yazır.
“Britaniya adalarının şimalına uçuşu Ukraynada davam edən münaqişə fonunda qorxulu addım kimi qiymətləndirmək olar”, – nəşr yazır.
Noyabrın 16-da Rusiya Müdafiə Nazirliyi Rusiya Aerokosmik Qüvvələrinə məxsus Tu-160 raketdaşıyıcıları və Tu-22M3 bombardmançılarının Barents, Norveç və Qara dəniz suları üzərində uçuşlar həyata keçirdiyini bildirib.
Nazirlik qeyd edib ki, ən uzun uçuş 13 saatı keçib. Uzaq mənzilli təyyarələr qırıcıların müşayiəti ilə təmin edilib.
Mənbə: Haber Global