Pekin Şimali Koreya və Rusiya ilə əməkdaşlığı inkişaf etdirsə, Çinin beynəlxalq nüfuzu düşəcək; Pekin bundan xəbərdar ola bilər. “İnterfaks” xəbər verir ki, bu fikri Britaniyanın “The Telegraph” qəzetinə müsahibəsində Cənubi Koreya prezidenti Yun Seok Yeol deyib.
“Çin, çox güman ki, BMT Nizamnaməsini və Təhlükəsizlik Şurasının qətnamələrini, eləcə də digər beynəlxalq normaları pozan Şimali Koreya və Rusiya ilə üçtərəfli əməkdaşlığın davam etdirilməsinin onun beynəlxalq reputasiyasına və nüfuzuna fayda verməyəcəyini nəzərə alacaq”, – Yun bildirib.
Onun sözlərinə görə, Çin “Şərqi Asiyada azadlığın, sülhün və rifahın təşviqində mühüm rol oynayır” və Pxenyan və Moskvanın fərqli maraqları var.
Mənbə: TASS