Çin prezidenti Si Cinpin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak etmək üçün ABŞ-a səfər edəcək və ABŞ prezidenti Co Baydenlə danışacaq.
Bu barədə Çin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Baydenin dəvəti ilə Si Cinpin San-Fransiskoya gedəcək”, – bəyanatda deyilir.
Xarici İşlər Nazirliyinin məlumatına görə, Çin Xalq Respublikasının rəhbəri noyabrın 14-17-də keçiriləcək APEC liderlərinin 30-cu qeyri-rəsmi görüşündə iştirak edəcək.
Mənbə: Haber Global