image-n1karobka_ads
image-123
image-6921c1a602e8bd31d32517b5backend

Çin Yaponiyanı Tayvan məsələsində xəbərdar etdi

image-ad_qayo_720x110px

Çinin BMT-dəki daimi nümayəndəsi Fu Konq Baş katib Antonio Quterreşə məktub göndərərək, Tokionun Tayvana hərbi müdaxilə ehtimalına dair bəyanatlarına münasibət bildirib.

Doğru.az xəbər verir ki, Reuters-in məlumatına görə, Fu Konq Yaponiyanı Çin Xalq Respublikasının özünümüdafiə hüququ ilə bağlı xəbərdar edib.

Fu Tsung Yaponiyanın mümkün hərəkətlərini “beynəlxalq hüququn kobud şəkildə pozulması”, həmçinin diplomatiya və təcavüz aktı kimi qiymətləndirib. Çin diplomatının sözlərinə görə, Çin BMT Nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququnu qətiyyətlə müdafiə edəcək.

Qeyd edək ki, bundan əvvəl Çinin Osakadakı baş konsulu Xue Jiang Tayvanla bağlı söylədiyi fikirlər üzündən Yaponiyanın baş naziri Sanae Takayçini “başını kəsməklə” hədələmişdi. Çin Xarici İşlər Nazirliyi məsələyə dair şərh verməkdən imtina edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki