image-n1karobka_ads
image-123
image-692420e2ae5ac92e672f8bd0backend

Çin Yaponiyanın Tayvan planlarını təxribat adlandırıb

image-ad_qayo_720x110px

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq brifinqdə bildirib ki, Yaponiyanın Tayvan yaxınlığında raket yerləşdirmə planları regional gərginliyi artırmaq və hərbi qarşıdurmaya səbəb olmaq məqsədini daşıyan təxribat cəhdi hesab olunur.

Doğru.az xəbər verir ki, Mao Ninq qeyd edib: “Baş nazir Sanae Takaichi-nin Tayvanla bağlı səhv bəyanatlarını nəzərə alsaq, bu addım son dərəcə təhlükəlidir və qonşu ölkələrdən və beynəlxalq ictimaiyyətdən artan sayıqlıq tələb edir”.

Bundan əvvəl Çinin Osakadakı baş konsulu Xue Jiang Tayvanla bağlı fikirlərinə görə Yaponiyanın baş naziri Sanae Takaçini “başını kəsməklə” hədələyib. Çin Xarici İşlər Nazirliyi isə məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Çin Müdafiə Nazirliyi də bildirib ki, Çinlə hərbi münaqişə vəziyyətində Yaponiyanın məğlub olacağı proqnozlaşdırılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki