image-2000x150px
image-123
image-ads_atlas
image-upload-ap22173702094135-pic_32ratio_900x600-900x600-87020backend

Estoniyanın baş naziri Ukrayna taxılı ilə bağlı planlarını prankerlərlə bölüşüb

image-728x90px

Estoniya Ukraynaya taxıl tədarükü ilə bağlı kömək etməyə hazır olduğunu bildirib və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenə müvafiq təkliflə çıxış edib.

Bunu özlərini afrikalı siyasətçi kimi təqdim edən prankerlər Vovan və Lexusdan müsahibə alan Kaya Kallas deyib.

Kallasın sözlərinə görə, estoniyalılar Ukrayna taxılının tranziti ilə bağlı problemi həll etməyə çalışırlar, lakin Rusiya müxtəlif yollarla bunun qarşısını alır. Buna baxmayaraq, respublika hakimiyyəti artıq fon der Leyenə məktub göndərib, orada öz təkliflərini açıqlayıblar.

“Taxıl məsələsinə gəlincə, mən də Avropa Komissiyasının sədrinə məktub yazaraq, alternativ təklif etmişəm. Biz Ukrayna taxılının limanlarımızdan keçməsini təmin etməyə kömək edə bilərik və bu, tranzitdə təxminən 25% əlavə artımdır”, – Estoniyanın baş naziri bildirib.

Onun fikrincə, bu addım Ukraynanın hazırkı vəziyyətini yaxşılaşdıra bilər, lakin bu halda Avropa İttifaqı aralıq xərcləri ödəməli olacaq.

Mənbə: Sputnik

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki