G20 sammitinin təşkilatçıları qapalı sessiyanın yayımını dayandırmağı unudaraq Cənubi Afrika prezidenti Siril Ramafosanı kameralar qarşısında çətin vəziyyətdə qoyublar.
Doğru.az xəbər verir ki, RİA Novosti insident barədə məlumat yayıb.
Rəsmi olaraq bildirilib ki, yalnız Ramafosanın çıxışı mediaya açıq olacaq, digər çıxışlar isə qapalı şəkildə və səssiz yayımlanmalı idi. Lakin texniki səhv səbəbindən kameraların səsi söndürülməyib.
Bəyannamənin qəbul edilməsinin vacibliyi ilə bağlı müzakirələr zamanı Ramafosa “Afrika” əsərindən sitat gətirməyə başladığı anda köməkçiləri onu dayandırıblar. Prezident isə efirdə belə deyib: “Mənə dedilər ki, kameralar hələ də açıqdır, baxmayaraq ki, söndürülməli idi… Mən bilmirəm, bu necə baş verib”.
Məlumata görə, Ramafosa sözünə davam etsə də, təxminən bir dəqiqə sonra səs tamamilə kəsilib.
Qeyd edək ki, G20 sammiti Yohannesburqda Cənubi Afrika Prezidentinin sədrliyi ilə keçirilir. Sammitdə ABŞ istisna olmaqla, G20-yə üzv bütün ölkələr iştirak edir.
DOĞRU.AZ




























