G7 ölkələrinin xarici işlər nazirləri birgə bəyanatda Ukrayna münaqişə zonasında təcili atəşkəsin təmin olunmasının vacibliyini vurğulayıblar.
Doğru.az xəbər verir ki, sənəddə deyilir: “Biz bir daha təsdiq etdik ki, təcili olaraq atəşkəs lazımdır”.
Qeyd olunur ki, G7 nazirlərinin fikrincə, hazırkı təmas xətti danışıqlar üçün əsas olmalıdır.
Xatırladaq ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukraynanın sülh prosesinə qarşı olduğunu bildirmişdi. Eyni zamanda, Ukrayna Xarici İşlər Nazirliyi Moskva ilə sülh danışıqlarının rəsmi olaraq dayandırıldığını elan edib.
DOĞRU.AZ




























