image-n1karobka_ads
image-123
image-693753b5ae5ac94ecf568af1backend

Güclü siklon Kamçatkanı vurdu

image-ad_qayo_720x110px

Kamçatkada güclü siklon nəticəsində həyat tamamilə çətinləşib. Regionun inzibati mərkəzi Petropavlovsk-Kamçatskidə səhər saatlarından avtomobil hərəkəti iflic olub, ictimai nəqliyyat isə dayanıb.

Doğru.az xəbər verir ki, SHOT Telegram kanalının məlumatına görə, şəhərdə avtobuslar qar içində ilişib qalıb, insanlar iş yerlərinə piyada getməyə məcbur olublar. Kütləvi tıxaclar yaranıb, qar təmizləyən texnika güclü yağıntıya ayaq uydura bilmir.

Bildirilib ki, sərnişinlərin daşınması üçün yalnız növbəli avtobuslar xidmətdədir.

Regional Fövqəladə Hallar Nazirliyi əlverişsiz hava şəraiti ilə əlaqədar Petropavlovsk-Kamçatski şəhər rayonunda məktəblərin birinci və ikinci növbələr üzrə fəaliyyətini dayandırıb.

Kamçatka diyarının qubernatoru Vladimir Solodov açıqlayıb ki, əsas xidmətlər istisna olmaqla, regional qurumlar və təşkilatlar uzaqdan işləmə rejiminə keçiblər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki