image-ads_n1karobka_mobile
image-691ec8afae5ac90dfa29af9abackend

İndoneziyada 6,0 bal gücündə zəlzələ

İndoneziyanın Seram bölgəsində noyabrın 20-də 119 km dərinlikdə 6,0 bal gücündə zəlzələ baş verib.

Doğru.az xəbər verir ki, İndoneziya Seysmoloji və Meteorologiya Agentliyinin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 14:59-da qeydə alınıb.

Agentlik sunami təhlükəsi olmadığını bildirib. İlkin məlumatlara görə, tələfat və dağıntılar qeydə alınmayıb.

Qeyd edək ki, bundan əvvəl Yaponiyanın şimal-şərqində 6,5 bal gücündə zəlzələ baş vermişdi.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki