Rusiyadan gələn “Astoria Grande” kruiz gəmisi İstanbul limanına daxil ola bilməyib və bundan sonra geri — Soçiyə yollanıb.
Doğru.az xəbər verir ki, məlumat marinetraffic portalında qeyd olunub. Gəminin satış agenti olan SK Akvilon MMC-nin mətbuat xidmətinin açıqlamasına görə, İstanbul liman rəhbərliyi yanalma icazəsi verməkdən imtina etsə də, səbəblər gəmi sahibinə izah edilməyib.
“Astoria Grande”nin noyabrın 22-də Soçi limanına çatacağı gözlənilir. Laynerin göyərtəsində 600-dən çox sərnişinin olduğu bildirilir.
Bundan əvvəl 14 ildən sonra ilk səfərini etməli olan “Seabridge” bərəsinə də 2,5 gündən artıq gözləmədən sonra Soçi limanına giriş icazəsi verilməmişdi.
Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev bərə ilə bağlı yaranan vəziyyəti Soçinin yük-sərnişin gəmiləri üçün liman və şəhər infrastrukturunun hazır olmaması ilə izah etmişdi.
DOĞRU.AZ




























