image-n1karobka_ads
image-123
image-fb_img_1763406466981backend

Jurnalist dəstəyi güclənir – medianın rolu böyüyür, inkişaf sürətlənir

image-ad_qayo_720x110px

2021-ci ilin 1 yanvarında cənab Prezident İlham Əliyevin imzaladığı mühüm media qərarlarından bu günə qədər keçən dövr qısa görünsə də, Azərbaycan mətbuatının ən sürətli inkişaf mərhələsi kimi tarixə düşməkdədir.

Bu qərar təkcə yeni qanunun qəbulu deyil, həm də ölkədə medianın modernləşməsi, peşəkarlığın artırılması və informasiya təhlükəsizliyinin gücləndirilməsi istiqamətində başlanan genişmiqyaslı islahatların əsasını qoydu.

Son dövrdə atılan mühüm addımlardan biri jurnalistlər üçün nəzərdə tutulan illik maddi dəstəyin yüksəldilməsi oldu. Bu dəstək media işçilərinin əməyinə verilən dəyərin və göstərilən etibarın bariz nümunəsidir.

Bu gün medianın rolu genişlənir, informasiya məkanımız güclənir.
Qəbul edilən qərarlar və həyata keçirilən islahatlar nəticəsində peşəkar kadrların sayı artıb, saytların rəqəmsal infrastrukturu güclənib, onlayn TV-lər inkişaf edib, xəbər istehsalı daha dəqiq və operativ olub,cəmiyyətin məlumat tələblərinə cavab verən yeni formatlar yaranıb. Bu proseslər nəticəsində Azərbaycan mediası regionda öz sözünü deyən güclü informasiya platformasına çevrilməkdədir.

Medianın inkişafı istiqamətində görülən işlər göstərir ki, ölkənin mətbuat məkanı yaxın illərdə daha da güclənəcək.

Bu inkişafın mənbəyi yalnız bu gün görülən işlər deyil, həm də gələcəyə yönəlik güclü strateji baxışdır. Düşünürəm ki,
Azərbaycan mediasının yeni dövrü başlanıb – və bu yol işıqlı yoldur.

İlqam CƏBİYEV
Yeni Azərbaycan Partiyası Lerik Rayon Təşkilatının üzvü
DoğruTV | Doğru.az MMC-nin rəhbəri

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki