image-n1karobka_ads
image-123
image-1707375097_3bdf949b-a2f3-402f-b440-db44ee6ddc63_850backend

Lerikdən gələn böyük nailiyyət: 700 bal topladı

Doğru.az xəbər verir ki, iyulun 22-də keçirilmiş qəbul imtahanında IV ixtisas qrupu üzrə yüksək nəticə qeydə alınıb. Lerik rayonunun Buruq kəndindən olan Ziya Qurbanxan oğlu Müslümov tam 700 bal toplayaraq ölkə birincilərindən biri olub.

Qeyd edək ki, Ziya Müslümov Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdidir. Onun bu uğuru yalnız ailəsi və müəllimləri üçün deyil, həm də bütün Lerik ictimaiyyəti üçün böyük qürur mənbəyidir.

Ziyanın əldə etdiyi nəticə onun sistemli hazırlığının, intizamlı və məqsədyönlü çalışmasının bariz nümunəsidir. O, sübut etdi ki, istedad və zəhmət bir araya gəldikdə, uğur qaçılmaz olur – istər şəhərdə, istər kənddə.

Ziyanın gələcək təhsil istiqaməti ilə bağlı qərarı hələlik məlum olmasa da, bu uğur onun parlaq gələcəyinin başlanğıcı kimi dəyərləndirilir.

Doğru.az kollektivi olaraq biz də Ziya Müslümovu təbrik edir, ona daha böyük nailiyyətlər arzulayırıq!

DOĞRU.AZ

image-fb_img_1749314998311

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki