Litva Seymi antisemitizmə görə deputat Remiqjus Zemaitaitisin impiçmenti üçün respublikanın Konstitusiya Məhkəməsinə müraciət edəcək.
TASS xəbər verir ki, onun həmkarları müvafiq qərarı plenar iclasda yekdilliklə qəbul ediblər.
Seym qeyd edib ki, onlar artıq bu məsələ ilə bağlı qərar veriblər və əgər məhkəmə Jemaitaitisin andı pozduğunu müəyyən edərsə, o zaman parlament üzvləri onun mandatının ləğvi ilə bağlı səs verməli olacaqlar.
Zemaitaitisin özü isə bütün ittihamları rədd edərək, onların siyasi rəqibləri tərəfindən irəli sürüldüyünü iddia edir.
“Aydındır ki, biz Rusiya, DTK və NKVD-nin tələb etdiklərini edirik”, – o, Seymin tribunasından deyib.
Mənbə: TASS