image-2000x150px
image-123
image-ads_atlas
image-rts1nrof-pic905-895x505-23230backend

Macarıstan hələ İsveçin NATO-ya daxil olmaq ərizəsini ratifikasiya etməyə hazır deyil

image-728x90px

Macarıstan parlamentinin müxalifətdəki Demokratik Koalisiya partiyasından olan üzvü Aqnes Vadai bildirib ki, ölkə parlamenti İsveçin NATO-ya üzv olmaq ərizəsini ratifikasiya etməyə hələ hazır deyil.

Vadainin sözlərinə görə, parlamentin qarşıdan gələn iclasında bu məsələ gündəmdə olmayacaq.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Macarıstan parlamentini İsveçin Şimali Atlantika Alyansına daxil olmasını ratifikasiya prosesini başa çatdırmağa çağırıb.

Stoltenberq Budapeştdə olarkən Macarıstan prezidenti Katalin Nowak ilə danışıqlar aparıb. O, Macarıstan parlamentinə İsveçin NATO-ya qəbulu ilə bağlı təcili səsvermənin keçirilməsi xahişi ilə müraciət edib.

Stoltenberq qeyd edib ki, İsveçi “32-ci müttəfiqimiz” kimi qəbul etməyin vaxtı çatıb.

Mənbə: Haber Global

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki