image-n1karobka_ads
image-123
image-ria_8511617-pic_32ratio_900x600-900x600-75012backend

Medvedev Finlandiya ilə bağlı lətifə dərc edib

image-ad_qayo_720x110px

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının (TŞ) sədr müavini Dmitri Medvedev Finlandiya ilə sərhəddəki vəziyyət fonunda X sosial şəbəkəsində lətifə dərc edib.

Yayımlanan zarafatda Pekka və Matti adlı iki fin söhbət edir. Onlardan biri deyir ki, zədələnmiş Rusiya tankı ölkə parlamentinin yaxınlığında yerləşdirilib. Cavab olaraq Matti etiraf edir ki, hansısa “hiyləgər rus” Finlandiya qanunvericilərinə atəş açmaq üçün içəridə gizlənə bilərdi. O, rusların “velosipedlərlə sərhədimizi keçməsindən” də danışır.

Noyabrın 16-da Finlandiya hökuməti noyabrın 18-dən Rusiya ilə sərhəddəki səkkiz keçid məntəqəsindən dördünün bağlanması barədə qərar qəbul edib. Nazirlər Kabineti açıqlayıb ki, qadağa üç ay müddətinə – 2024-cü il fevralın 18-dək tətbiq edilir.

Mənbə: Lenta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki